.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında görüş keçirilmişdir.

15.10.2010


Oktyabrın 15-də Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür. 

Mərkəzi Seçki Komissiyasının sədri rəhbərlik etdiyi qurumun beynəlxalq qurumlarla əməkdaşlığa, o cümlədən Avropa İttifaqı əməkdaşlığa xüsusui önəm verdiyini bildirmişdir. 

Səfir səmimi qəbula görə təşəkkürünü bildirmiş, seçkilərin hazırlanıb keçirlməsi ilə bağlı görülən işlər, seçkiqabağı vəziyyətlə maraqlanmışdır.

MSK-nın sədri bu gün deputatlığa namizədlərin dairə seçki komissiyaları tərəfindən qeydə alınması mərhələsinin başa çatdığını və seçki prosesinin mühüm bir mərhələsinin - seçkiqabağı təşviqatın başlandığını diqqətə çatdırmşdır. 

O, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirilməsi və bu sahədə beynəlxalq təşkilatlarla həyata keçirilən tədbirlər, seçkiqabağı təşviqatla bağlı deputatlığa namizədlər üçün yaradılan şərait, aşağı seçki komissiyalarının maddi-texniki təchizatı ilə əlaqədar görülən işlər və seçkilərin aşakarlıq prinsipinin təmin olunması məqsədilə atılan addımlar barədə qonaqlara məlumat vermişdir. 

Qonaqlar Mərkəzi Seçki Komissiyasının seçkilərin hazırlanıb keçirilməsində mühüm rol oynadığını vurğulayarq Milli Məclisə seçkilərə hazırlıqla bağlı gördüyü işləri yüksək qiymətləndirmiş və qarşıdan gələn seçkilərdə seçki qurumlarına uğurlar arzulamışdır.