.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

15.10.2010


Oktyabrın 15-də ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossurukun rəhbərlik etdiyi Müşahidə missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür. 

ATƏT PA-nın müşahidə missiyasının üzvlərini salamlayan sədr Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirmişdir. 

Missiyanın rəhbəri səmimi qəbula görə təşəkkürünü bildirmiş, ölkədəki seçkiqabağı vəziyyətlə maraqlanmışdır. 

MSK-nın sədri qonaqları ölkədəki seçkiqabağı durum barədə məlumatlandırmış və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır. 

Dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədlərin qeydə alınması prosesinin yekunlaşmaq üzrə olduğunu və seçkiqabağı təşviqata start verildiyini deyən MSK-nın sədri namizədlərə hərtərəfli təşviqat imkanlarının yaradıldığını diqqətə çatdırmşdır. 

Missiyanın üzvləri ətraflı məlumata görə Mərkəzi Seçki Komissiyasının sədrinə təşəkkürlərini bildirmiş və qarşıdan gələn parlament seçkilərində uğurlar arzulamışdır.