.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

21.10.2010


Oktyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. 

Müraciətlərdən 1-i təmin edilərək müvafiq dairə seçki komissiyasının qərarı ləğv olunmuş və müraciəti edən namizədin qeydə alınması barədə qərar qəbul edilmişdir. 

Bir müraciətin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə həmin müraciətin baxılmasına xitam verilmiş, 1-nin isə aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar çıxarılmış, digər müraciətlər əsassız olduğundan təmin edilməmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.