.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Yanvarın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

15.01.2007

Yanvarın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Komissiyanın sədri Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiıəsi üzrə Milli Fəaliyyət Planınının təsdiq edilməsi”haqqında Sərəncamda Mərkəzi Seçki Komissiyasının da üzərinə vəzifələr qoyulduğunu xatırlatmış və qeyd etmişdir ki, artıq qurumun rəhbərliyi sözügedən sənədlə bağlı müvafiq müzakirələrə başlayıb. MSK üzvlərinin ümumi rəyi bundan ibarət olmuşdur ki, sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı konkret təkliflər hazırlanması üçün işçi qrupu yaradılsın.  

Sonra Komissiyanın 25 oktyabr və 30 oktyabr 2006-cı il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.

Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında da qərar çıxarmışdır.

MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.