.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirmə kursları keçiriləcək

16.10.2007

[16.10.2007]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı ildə imzaladığı "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı geniş müzakirələr aparılmış, bir sıra konkret tədbirlər həyata keçirilərək həmin sənədin tələblərinə uyğun olaraq bu barədə Respublika İşçi Qrupuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq hesabatlar verilmişdir

Aşağı seçki komissiyaları üzvlərinin peşəkar hazırlığının artırılması və seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə həmin Akademiyanın bazasında müvafiq kursların keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Maarifləndirmə materiallarına uyğun olaraq 36 saat həcmində Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuş, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edəcək dairə seçki komissiyası sədrləri üçün tədrisdən əlavə görüş və mədəni tədbirlərin keçirilməsi də daxil olmaqla, kursların keçirilməsi üçün fəaliyyət proqramı tərtib olunmuş, kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə təqdim ediləcək Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsi təsdiqlənmişdir. 

Mərkəzi Seçki Komissiyası Sərəncamın icrası ilə əlaqədar hazırlıq işlərinin ilkin mərhələsini yekunlaşmış hesab edərək tədris kurslarının oktyabrın 16-dan etibarən başlanmasını məqsədəuyğun bilmişdir. Tədris proqramına müvafiq olaraq oktyabrın 16-dan başlayaraq 4 qrupa bölünməklə 125 dairə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək. Kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə Qısamüddətli ixtisasartırma haqqında Sertifikatlar təqdim ediləcək.