.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mayın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

21.05.2007


Mayın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

 Əvvəlcə Komissiyanın 26 aprel 2007-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK sədri ölkə üzrə seçicilərin daimi siyahısının dəqiqləşdirilməsi işinin başa çatması barədə məlumat vermişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.12-ci maddəsinin tələbinə əsasən mənətəqə seçki komissiyaları məntəqə üzrə tərtib olunmuş ilkin seçici siyahılarını fevralın 5-nə qədər dairə seçki komissiyalarına təhvil vermişlər. DSK-lar isə seçki dairəsi üzrə seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim etmişlər. MSK seçicii siyahılarının respublika üzrə dəqiqləşdirilməsi işini artıq başa çatdırmışdır. Bəlli olmuşdur ki, hazırda seçicilərin daimi siyahılarında 4 683 400 nəfər seçici var. 2006-cı illə müqayisədə seçicilərin sayı 82 500-ə qədər artıb. Sədrin çıxışından sonra Komissiyanın katibi Natiq Məmmədov Mərkəzi Seçki Komissiyası üzvlərini sözügedən məsələyə dair qərar layihəsi ilə tanış etmişdir. MSK qərara almışdır ki, Azərbaycan Respublikasında seçici siyahılarının dəqiqləşdirilməsi başa çatmış hesab edilərək siyahılar müvafiq dairə seçki komissiyalarına göndərilsin və Azərbaycan Respublikası üzrə seçicilər siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin. 

Mərkəzi Seçki Komissiyası 52 saylı Quba, 53 saylı Quba-Qusar, 91 saylı Ucar və 97 saylı Goranboy –Ağdam – Tərtər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında da qərarlar çıxarmışdır.

MSK cari məsələlərə də baxmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.