.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

26.09.2008

Senytabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiya Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və MSK tərəfindən qeydə alınmış Hafiz Ələmdar oğlu Hacıyevin vəkil edilmiş şəxsləri qeydiyyatı barədə qərar qəbul olunmuşdur.

Sonra Komissiya Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Ağasi oğlu Əliyevin vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında qərar çıxarmışdır. Mərkəzi Seçki Komissiyasının sədri iclas iştirakçılarına dairə seçki komissiyalarında qeydiyyatdan keçmiş müşahidəçilərin sayı barədə məlumat verərək bildirmişdir ki, ümumilikdə 25 023 nəfər şəxs müşahidəçi statusu almışdır. Həmin müşahidəçilərin 15 087 nəfəri siyasi partiyalar, 7626 nəfəri isə qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilmişlər. 2310 nəfər öz təşəbbüsü ilə müşahidəçi qismində qeydiyyatdan keçmişlər. Müşahidəçilərin qeydiyyatı prosesi davam edir. Seçki Məcəlləsinin tələbinə görə, Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalanadək, seçki dairələrinin ərazisində müşahidənin aparılmasına dair ərizələr isə müvafiq dairə seçki komissiyalarına səsvermə gününə 5 gün qalanadək təqdim edilməlidir.Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının üzvləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Milli Demokratiya İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.