.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

23.09.2008

Senytabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın 9 sentyabr, 11 sentyabr və 13 sentyabr 2008-ci il tarixli iclas protokolları təsdiq edilmişdir.

Sonra MSK katibi Natiq Məmmədov prezidentliyə namizədliyi qeydə alınmış Qüdrət Həsənquliyevin vəkil edilmiş şəxslərinin qeydiyyatına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin şəxslərin qeydə alınması barədə qərar çıxarmışdır.

İclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi məsələsinə baxılmışdır. Mikayıl Rəhman oğlu Rəhimovun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilməsi barədə qərar qəbul olunmuşdur.
MSK 7 saylı Odrubad – Culfa və 16 saylı Yasamal ikinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

Mərkəzi Seçki Komissiyasının sədri iclas iştirakçılarının nəzərinə çatdırmışdır ki, sentyabrın 24-ü, saat 10.00-dan etibarən Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılacaq. Bülletenlərin çapı və dairə seçki komissiyalarının sədrləri və katiblərinə təhvil verilməsi prosesi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında və MSK Katibliyinin məsul işçiləri tərəfindən həyata keçiriləcəkdir. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 4.903.600 ədəd seçki bülleteni çap olunacaqdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının üzvləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Beynəlxalq Respublikaçılar İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.