.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

19.09.2008

Senytabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov Prezidentliyə namizədliyi qeydə alınmış Fazil Mustafayevin vəkil edilmiş şəxslərinin qeydiyyatına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin şəxslərin qeydə alınması barədə qərar çıxarmışdır.

Sonra Böyük Quruluş Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi məsələsinə baxılmışdır. MSK Məmmədov İbrahim Umud oğlunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səshüquqlu üzv təyin edilməsini qərara almışdır.

Komissiya "Azərbaycan Respublikasındakı seçkilərdə exit-poll keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir.

MSK 31 saylı Suraxanı ikinci seçki dairəsinin tərkibində dəyişiklik etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT-ni Bakı ofisinin, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Beynəlxalq Respublikaçılar İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.