.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

13.09.2008

Senytabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiya öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Qulamhüseyn Surxay oğlu Əlibəylinin və Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Ağası oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namzədliyinin qeydə alınması barədə qərarlar çıxarmışdır. Əli İsa Hacı oğlu Ağaevlinin namizədliyinin qeydə alınmasından isə imtina edilmişdir.

Müasir Müsavat Partiyası tərəfindən təyin edilmiş Faiq Nəsir oğlu Baxşəliyev Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilmişdir.

MSK katibi Natiq Məmmədov 2008-ci il 15 oktyabra təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsünün həyata keçirilməsi məqsədilə "Püşktama komissiyassı”nın yaradılmasına dair məslə barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında "Püşkatma komssiyası”nın yaradılmasını qərara almışdır. Həmin qərara görə, püşkatma vaxtı 17 sentyabr 2008-ci ildə saat 12.00-a təyin edilmiş və sözügedən efir xatının böılgüsünün təmin olunması "Püşkatma komissiyasına” həvalə edilmişdir. İclasda cari məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nun Seçki Müşahidə Missiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.