.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

09.09.2008

Senytabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.Əvvəlcə Komissiyanın 30 avqust və 4 sentyabr 2008-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir. Sonra MSK-nın katibi Natiq Məmmədov Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş cənab Fazil Qəzənfər oğlu Mustafayevin və Müasir Müsavat tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması məsələsi barədə məlumat vermişdir. Komissiya hər iki şəxsin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş cənab Əlimuxtar Dadaş oğlu Əkbərovun namzidəliyinin qeydə alınmasından isə imtina edilmişdir.Mərkəzi Seçki Komissiyası namizədliyi təsdiq edilmiş Süleyman Uğuz oğlu Quliyevin namzidəlik statusuna xitam vermişdir.Komissiya Yeni Azərbaycan Partiyası tərəfindən təqdim edilmiş 50 nəfərin həmin partiya tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namzədliyi irəli sürülmüş və Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış İlham Heydər oğlu Əliyevin vəkili kimi qeydə alınması barədə qərar çıxarmışdır. MSK 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülleteninin mətni və formasını təsdiq etmiş və qərara almışdır ki, cəmi 4.903.600 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.Mərkəzi Seçki Komissiyası 2005-ci il noyabrın 6-da keçirilmiş parlament seçkilərində 98 saylı Şəmkir şəhər seçki dairəsindən seçilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Kamal oğlu Əmiraslanovun Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam vermişdir.Komissiya bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərarlar qəbul etmişdir.İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nun Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT Bakı ofisinin, Avropa Şurasının, Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.