.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

04.09.2008

Sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov namizdəliyi özü tərəfindən irəli sürülmüş cənab İntiqam Çərkəz oğlu Məmmədovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması məsələsinə baxılması haqqında məlumat vermişdir. MSK həmin şəxsin namisədliyinin təsdiq olunması barədə qərar qəbul etmişdir.

Sonra Komissiya Azərbaycan Respublikası Prezidentliyinə namzədəliyi təsdiq edilmiş Teymur Pərviz oğlu Quliyevin və Fikrət Tağı oğlu Əhədovun müraciətləri əsasında onların namizədliyinə xitam verilməsi barədə qərar çıxarmışdır.

İclasda Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət edən Mətbuat qrupunun yenidən təşkili məsələsinə də baxılmış və həmin qrupun yenidən təşkili haqqında qərar qəbul olunmuşdur.

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri, ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının tərkibi, fəaliyyəti, qəbul etdiyi sənədlər, MSK Katiblıiyinin strukturu, aşağı seçki komissiyalarının tərkibi, ünvanları barədə məlumat əldə etmək istəyən şəxslər rəsmi internet səhifələrimizə müraciət edə bilərlər. Komissiyanın internet səhifələrində həmçinin seçici siyahıları ilə tanışlıq və adların vahid seçici siyahısında olub-olmamasının yoxlanması da mümkündür. MSK-nın internet ünvanı belədir: www.msk.gov.az; cec.gov.az; infocenter.gov.az