.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

23.08.2008

Avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın 7 avqust, 9 avqust və 12 avqust 2008-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.

Sonra MSK-nın katibi Natiq Məmmədov Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş həmin partiyanın başğanı, Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafayevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Fikrət Tağı oğlu Əhədovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliklərinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası hər iki şəxsin namizədliklərinin təsdiq olunması barədə qərarlar qəbul etmişdir. Komissiya namizədliyi təsdiq olunmuş sözügedən şəxslərin səlahiyyətli nümayəndələrini də qeydə almışdır.MSK üzvü Tamam Cəfərova 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliyə dair məsələ barədə məlumat vermişdir. Komissiya həmin DSK-nın tərkibində dəyişiklik edilməsi barədə qərar çıxarmışdır.İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.