.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüş

25.06.2008

İyunun 25-də ABŞ –ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Ders Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.

Səfir təmsil etdiyi dövlətin qarşıdan gələn seçkilərlə bağlı geniş miqyaslı proqram həyata keçirmək niyyətində olduğunu bildirmişdir. O. qeyd etmişdir ki, seçkilərin azad və ədalətli, demokratik keçirilməsi həmin ölkədə demokratiyanın göstəricisi heasb edilir və Amerika Birləşmiş Ştatları da Azərbaycanın dostu olaraq bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlıdır. Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıqla bağlı gördüyü işləri izlədiyini bildirən xanım Ders bildrimişdir ki, MSK-nın aşağı seçki komissiyaları üçün həyata keçiridiyi maarifləndirmə proqramları və seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində gördüyü işlər təqdirəlayiqdir. O, Mərkəzi Seçki Komissiyasının seçkilərə hazılrlıqla bağlı gerçəkləşdirmək istədiyi planlarla da maraqlanmışdır.

M. Pənahov Azərbaycan Respublikasının strateji tərəfdaşı olan ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirmiş və ölkədə demokratiyanın inkişafı ilə bağlı hər iki ölkə rəhbərinin fikirlərinin üst-üstə düşdüyünü vurğulamışdır. MSK sədri prezident seçkilərinin ədalətli, şəfaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarıının tam təmin olunacağını söylənmişdir. O, qeyd etmişdir ki, ölkə prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nına uyğun olaraq dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə kurslar, seminarlar təşkil olunub. Bundan əlavə, KİV nümayəndələri üçün də seminar keçirilib. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı MSK-nın qaynar xətti fəaliyyət göstərir, 2 reklam çarxı hazırlanıb və həmin videoçarxlar mütəmadi olaraq ölkə telekanallarının efirlərində verilir. Sədr gələcəkdə atılacaq addımlar barədə də səfirə məlumat vermişdir.