.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

10.06.2008

İyunun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 27 may 2008-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK sədrinin müavini Svetlana Qasımova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirənin keçirilməsinə dair məsələ barədə məlumat vermişdir. Qərara alınmışdır ki, iyunun 12-də DSK sədrləri üçün seminar-müşavirə keçirilsin.

İclasda seçki dairələrinin mövcud dislokasiyalarına yeni əlavə edilən ünvanlarla müvafiq işin aparılmasına dair məsələylə bağlı qərar qəbul olunmuşdur. Bundan əlavə, Mərkəzi Seçki Komissiyası 29 saylı Səbail və 23 saylı Nəsimi – Səbail seçki dairələrinin dislokasiyalarında dəyişiklik edilməsi barədə qərar çıxarmışdır.


Mərkəzi Seçki Komissiyası 14 saylı Əzizbəyov ikinci, 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.

MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.