.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

07.05.2008

Mayın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 12 mart 2008-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK sədrinin müavini Svetlana Qasımova, MSK katibi Natiq Məmmədov, MSK üzvləri Tamam Cəfərova və Rövşən İsmayılov bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair məsələ barədə məlumat vermişlər.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının sədri görülən işlər barədə məlumat verərək bildirmişdir ki, ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi üzərində iş gedir və bu iş mayın sonuna qədər yekunlaşacaq. MSK isə həmin siyahını təsdiqləməlidir.

Mərkəzi Seçki Komissiyasının KİV nümnayənədələri üçün seminar keçirdiyini xatırladan sədr belə bir tədbirin QHT-lər üçün keçirilməsinin vacibliyini vurğulamışdır. Bundan əlavə o, təlimatlar, izahlar və digər normaitiv aktlar üzərində iş getdiyini söyləmişdir.

Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) və Milli Demokratiya İnstitunun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.