.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüş

01.05.2008

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero Ansola mayın 1-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşmüşdür. Səfir təmsil etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə indiyə qədərki əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, qarşıdan gələn prezident seçkilərində də əməkdaşlığı daha da intensivləşdirmək fikrindədirlər. O, bildirmişdir ki, 25 apreldə jurnalistlər üçün keçirilmiş seminar prezident seçkiləri öncəsi əməkdaşlıq istiqamətində ilk addım kimi dəyərləndirilə bilər. KİV nümayəndələri üçün təlimlərin davam etdirilməsinə tərəfdar olduğunu söyləyən səfir yerli hakimiyyət, məhkəmə və polis orqanları üçün də belə tədbirlər keçirmək istədiklərini diqqətə çatdırmışdır.

Mərkəzi Seçki Komissiyasının sədri Komissiyanın ATƏT-lə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir. O, qeyd etmişdir ki, MSK da maariflənmə işinin əhəmiyyətini yüksək dəyərləndirir və məhz buna görə aşağı seçki komissiyalarının, seçicilərin maarifləndirilmıəsiini daima diqqətdə saxlayır. KİV üçün keçirilən seminar da Mərkəzi Seçki Komissiyasının maariflənməyə əhəmiyyət verdiyinin göstəricisi sayıla bilər. MSK sədri aşağı seçki komissiyalarının maarifləndirilməsi zamanı beynəlxalq qurumlarla da əməkdaşlıq etdiklərini xatırlatmışdır. M.Pənahov prezident seçkiləri ilə bağlı məntəqə və dairə seçki komissiyaları üzvləri üçün yenə treninqlər keçirəcəklərini söyləmişdir.

MSK sədri ATƏT ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırmışdır.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmışdır.