.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyası ATƏT-ni Bakı ofisi ilə birlikdə kütləvi informasiya nümayəndələri üçün seminar keçirmişdir

25.04.2008

Aprelin 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ATƏT-ni Bakı ofisi ilə birlikdə kütləvi informasiya nümayəndələri üçün seminar keçirmişdir. Seminarı giriş sözü ilə açan MSK sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının açıq bir qurum olduğunu, şəffaflıq şəraitində fəaliyyət göstərdiyini, həm yerli, həm beynəlxalq qurumlarla əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. O, Komissiyanın KİV nümayəndələri ilə münasibətlərə xüsusui öməm verdiyini bildirmiş və Azərbaycan Respublikasında Prezident seçkilərinə hazırlıq çərçivəsində ilk seminarın jurnalistlər üçüm keçirməsinin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. Mərkəzi Seçki Komissiyasının sədri qeyd etmişdir ki, Komissiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirmişdir və onlardan sonra maarifləndirmə xarakterli ilk seminarı media nümayəndələri üçün keçirir. Beynəlxalq qurumlar da MSK-nın bu təşəbbüsünü yüksək dəyərləndirmişdir. Ölkə rəhbərliyi mülki cəmiyyətin möhkəmlənməsinə və demokratik dəyərlərin inkişafına xüsusi əhəmiyyət verir və biz də öz fəaliyyətimizi bu prinsiplər üzərində qururuq.

Daha sonra seçkiləri böyük siyasi hadisə kimi qiymətləndirən M. Pənahov jurnalistləri seçki prosesi ilə bağlı məlumat hazırlayarkən diqqətli olmağa, doğru-dürüst informasiya hazırlamağa çağırmışdır. O, bildirmişdir ki, seminarın keçirilməsi KİV nümayəndələrinin seçki prosesi ilə bağlı bilgilərinin artırılmasına xidmət edir.

Sonra çıxış edən ATƏT-in Bakə ofisinin rəhbəri, səfir Xose Luis Herrero seçkilərin yüksək səviyyədə təşkilində medianın böyük rolunun olduğunu qeyd etmiş və bu tədbirin də seçkilərin işıqlandırılması üçün böyük əhəmiyyt kəsb etdiyini söyləmişdir. X. Herrero bildirmişdir ki, bu sahədə inkişaf etmiş ölkələri təcrübəsinin öyrənilməsi vacibdir. O, əməkdaşlığa görə Mərkəzi Seçki Komissiyasına minnətdarlığını bildrimişdir.

Səfirin çıxışndan sonra söz məruzəçilərə verilmişdir. Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev "Prezident seçkiləri zamanı seçkiqabağı təşviqatın aparılmas üçün xüsusui tələblər”, MSK üzvü Rövşən İsmayılov "Seçki orqanlarının fəaliyyət prinsipləri”, MSK üzvü Fuad Cavadov "Seçkilər zamanı namizədliyin irəli sürülməsi və qeydiyyatı”, MSK üzvü Qabil Orucov "Seçici siyahılarının tərtib edilməsi”, MSK üzvü İlham Məmmədov "Seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq”, ATƏT-ni eksperti Marek Mraçka "Seçkilərdə KİV-ni rolu” və MSK katibi Natiq Məmmədov "Seçkilərin keçirilməsi və nəticələrin müəyyən edilməsi” mövzusunda məruzələrlə çıxış etmişlır.
Tədbirin sonunda sözügedən mövzular ətrafında müzakirələr aparılmışdır.