.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

12.03.2008

Martın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın 16 yanvar 2007-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK sədrinin müavini Svetlana Qasımova və Komissiyanın katibi Natiq Məmmədov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məsələyə dair məlumatlar vermişlər. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 13 saylı Əzizbəyov birinci, 14 saylı Əzizbəyov ikinci, 18 saylı Nərimanov – Nizami, 29 saylı Səbail, 32 saylı Suaraxanı üçüncü, 47 saylı Mingəçevir, 83 saylı Ağcabədi – Ağdam, 86 saylı İsmayıllı və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.

MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Bundan əlavə, qeyd edək, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, qəbul etdiyi sənədlər və seçki qanunvericiliynə dair digər məlumatları əldə etmək istəyən şəxslər MSK-nın rəsmi internet səhifələrinə müraciət edə bilərlər. Komissiyanın internet ünvanı belədir: cec.gov.az; infocenter.gov.az