.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüş

05.02.2008

Fevralın 5-də AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşlər.

Mərkəzi Seçki Komissiyasının sədri qonaqları salamlayaraq MSK-nın beynəlxalq qurumlarla əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirmiş və Avropa Şurası ilə də münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Həmməruzəçilər Komissiyanın qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı gördüyü işlərlər maraqlanmışlar.

M. Pənahov 2008-ci ildə prezident seçkilərinin ədalətli, şəfaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarıının tam təmin olunacağını bildirmişdir. O, qeyd etmişdir ki, prezident seçkilərinə hazırlıq çərçivəsində aşağı seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, dairə və məntəqə seçki komissiyaları üzvlərinin və seçicilərin maarifləndirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində mühüm işlər görülməkdədir. 125 dairədən 100-ü üçün ən azı 7-8 otaqdan ibarət yeni binalar tikilərək istifadəyə verilib.Daha bir neçə DSK üçün də yeni binalar tikilir və bəzilərinin binaları isə yüksək səviyyədə təmir olunub və əlavə otaqlar tikilib. DSK-lar MSK tərəfindən yeni mebellərlə, müsir texniki avadanlıqlarla və s. lazımi vəsaitlərlə təchiz ediliblər. Bundan əlavə, ölkə prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nına uyğun olaraq dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə kurslar təşkil olunub. Ötən il DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirilib. Hazırda isə məntəqə seçki komissiyalarının üzvləri üçün belə kurslar keçirilir. Aşağı seçki komissiyalarının maarifləndirilməsi çərçivəsində gələcəkdə də addımlar atılacaq. Eyni zamanda, seçicilərin maarifləndirilməsi ilə bağlı layihələr də gerçəkləşdiriləcək.
MSK sədri seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlərin üzərində xüsusi dayanmış və bildirmişdir ki, yanvar ayının əvvəllərindən seçicilərin daimi siyahısının dəqiqləşdirilməsinə başlanılıb. Ölkə icitimaiyyəti bu proseslə bağlı məlumatlandırılıb. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı MSK-nın qaynar xətti fəaliyyət göstərir, reklam çarxı hazırlanıb və mütəmadi olaraq ölkə telekanallarının efirlərində verilir..

Həmməruzəçilər səmimi görüşə görə, Mərkəzi Seçki Komissiyasına minnətdarlıq etmiş və seçki komissiyalarına gələcək işlərində uğurlar arzulamışlar.