.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

19.12.2012

Dekabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın oktyabrın 19-da keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra Mərkəzi Seçki Komissiyası 8 saylı Binəqədi birinci, 29 saylı Səbail, 37 saylı Nizami birinci(Gəncə), 62 saylı Saatlı, 82 saylı Ağcabədi və 87 saylı Ağsu - İsmayıllı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar qəbul olunmuşdur.

İclasda cari məsələlərə də baxılmışdır.

Komissiyanın iclasında ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.