.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

01.10.2011


Oktyabrın 1 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 19 sentyabr 2011-cu il tarixli iclas protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində ekspert qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində 30 noyabr 2011-ci ilə təyin edilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması barədə qərar qəbul etmişdir. Mərkəzi Seçki Komissiyası həmçinin qərara almışdır ki, dairə seçki komissiyalarının nəzdində qısa müddət ərzində müvafiq tələblərə cavab verən ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.
İclasda MSK yanında Nəzartəv-təftiş xidmətinin yaradılmasına dair qərar da qəbul edilmişdir. Qərarına əsasən, üç nəfər Mərkəzi Seçki Komissiyasının üzvündən, MSK Katibliyi Maliyyə şöbəsinin müdirindən, Maliyyə və Vergilər Nazirliyinin, Hesablama Palatasının və Milli Bankın nümayəndələrindən ibarət Nəzartəv-təftiş xidməti yaradılmışdır. Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov həmin xidmətin rəhbəri təyin edilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.