.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının sədri ABŞ-a yola düşmüşdür

02.11.2012

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə yola düşmüşdür. Səfərdə məqsəd 6 noyabr 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri ilə bağlı Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) təşkil etdiyi "ABŞ-da prezident seçkiləri – 2012” proqramı çərçivəsində müşahidəçilik etmək və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparmaqdır. MSK sədri tədbirə IFES-in prezidenti tərəfindən dəvət edilmişdir.

Qeyd edək ki, 1992-ci ildən etibarən ABŞ-da prezident seçkiləri ərəfəsində mütəmadi olaraq təşkil edilən bu tədbirə müxtəlif ölkələrin seçki qurumlarının rəhbərləri dəvət olunur. Həmin proqram çərçivəsində prezident seçkilərinin müşahidəsi və xarici qurumlarla təcrübə mübadiləsi həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri də bir neçə ildir ki, bu tədbirdə iştirak edir.

Səfər çərçivəsində bir sıra digər rəsmi görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Səfərdə Mərkəzi Seçki Komissiyasının sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.