.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

06.10.2011


Oktyabrın 6 -da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 29 sentyabr və 1 okyabr 2011-cu il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 30 noyabr 2011-ci ilə təyin edilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər dövründə fəaliyyət göstərəcək imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunin yaradılması və həmin qrupun tərkibinin müəyyən edilməsi barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasl 67 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik etmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
Komissiya sədri seçki dairələri üzrə namizədlərin irəli sürülmə vəziyyəti barədə də məlumat vermişdir. O, bildirmişdir ki, bu günə qədər 12 dairə seçki komissiyasında 29 bələdiyyə üzrə 73 nəfərin namizədliyi təsdiq edilmişdir ki, onlardan 63 nəfəri imza vərəqələrini götürmüşlər.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.