.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

14.10.2011


Oktyabrın 14 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 6 oktyabr 2011-cu il tarixli iclas protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova aşağı seçki komissiyalarının səsvermə protokollarının Azərbaycan Respublikasında bəzi bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki komissiyalarının səsvermə protokollarının mətninin, sayının hazırlanmasına aid tələblərin təsdiqinə dair məsələ barədə məlumat vermişdir. MSK protokolların mətnini təsdiq etməklə qərara almışdır ki, müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir, ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, seçkilər keçiriləcək dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun olaraq, habelə həmin qurumların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları cari ilin oktyabr ayının 31-dək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində hazırlansın.
İclasda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırlılmasına dair bildirişlərin Azərbaycan Respublikasında bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə bildirişlərin sayına və hazırlanması qaydasına dair məsələ də müzakirə edilmişdir. Qərara alınmışdır ki, bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni və forması təsdiq edilsin. Eyni zamanda bildirişlərin Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində hazırlanması barədə qərar qəbul edilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.