.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

03.10.2012

Oktyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın iyulun 9-da keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra Mərkəzi Seçki Komissiyası 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın müraciətinə baxaraq onun deputat mandatından məhrum olunması barədə qərar qəbul etmişdir.

MSK 1 saylı Şərur-Sədərək, 80 saylı İmişli-Beyləqan, 93 saylı Bərdə şəhər, 103 saylı Gədəbəy, 104 saylı Gədəbəy-Tovuz və 107 saylı Qazax seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Komissiyanın iclasında ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.