.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyası maarifləndirici plakatlar nəşr etdirib

24.10.2011


Mərkəzi Seçki Komissiyası əvvəlki seçkilərdə olduğu kimi 30 noyabr 2011-ci ilə təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə bağlı da maarifləndirmə proqramı həyata keçirir.
Həmin proqramın tərkibinə daxil olan layihələrdən biri də seçicilərin məlumatlandırılması məqsədi daşıyan plakatların çap edilərək aşağı seçki komissiayalarına çatdırılmasıdır. Sözügedən seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar müxtəlif mövzuları əhatə edən plakatların seçki keçirilən yaşayış məntəqələrində, əhalinin sıx olduğu və diqqət çəkən yerlərdə asılması tövsiyə olunub.
Həmin plakatlar seçici siyahılarında seçicilərin adlarını yoxlaması, internetdə seçici axtarış sistemi, seçkilərə çağırış, səsvermə prosedurları və onların tərkib hissələrinə daxil olan müxtəlif məqamlar, seçicilərin seçki günü atacağı addımlar və s. bu kimi mövzulara həsr olunur.
Hazırda Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanaraq nəşr olunmuş bu maarifləndirmə vasitələrinin aşağı seçki komissiyalarına çatdırılması prosesi davam edir.