.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

19.10.2012

Oktyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının(MSK) növbəti iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın oktyabrın 3-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.


Sonra Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi barədə qərarlar qəbul etmişdir.

MSK-nın iclasında 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik də edilmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Komissiyanın iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.