.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında görüş

30.10.2012



Oktyabrın 30-da Avropa Şurası baş katibinin müavini Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.

Qonaqları salamlayan sədr Mərkəzi Seçki Komissiyasının Avropa Şurası ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirmiş və bu faydalı tərəfdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu demişdir. MSK sədri qeyd etmişdir ki, bu münasibətlər ölkəmizdə seçki prosesinin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin başçısı təmsil etdikləri qurumun Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə bundan sonra da intensiv əməkdaşlıq edəcəyini bildirmişdir.

Görüşdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri və birlikdə həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır