.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

09.07.2012

2012-ci il iyulun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirildi.

Gündəliyin təsdiqindən sonra Komissiyanın 30 may 2012-cu il tarixli iclas protokolu təsdiq edildi. Gündəlikdə duran növbəti məsələ ilə əlaqədar "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları”na dəyişiklik olunmasına dair təklif dinlənildi və təsdiq edildi.

İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə də baxıldı və 9 saylı Binəqədi ikinci , 80 saylı İmişli-Beyləqan, 82 saylı Ağcabədi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.

İclasın sonunda cari məsələlərə də baxılmışdır.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.