.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

23.08.2011


Avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirildi. İclasa sədrlik edən M. Pənahov gündəlikdə duran məsələlərlə bağlı komissiya üzvlərinə məlumat verdi. Öncə Mərkəzi Seçki Komissiyasının 17 avqust 2011-ci il tarixli iclasının protokolu təsdiq olundu. Gündəlikdə duran ikinci məsələ MSK-nın qəbul etdiyi normativ xarakterli bəzi aktlara dair idi. Bu məsələ ilə bağlı komissiyanın katibi Arifə Muxtarova geniş məlumat verdi vəbəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilməsi, bəzilərinin qüvvəyə minməsi və qüvvədən düşməsibarədə komissiyanın qərar layihəsini diqqətə çatdırdı. Sonra komissiya üzvləri Mərkəzi Seçki Komissiyasının 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etdilər. Komissiyanın iclasında cari məsələlərə də baxıldı və bu haqda məlumat verən sədr M. Pənahov hazırda MSK-nın əsas işinin yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan bələdiyyələrə təkrar və əlavə seçkilər olduğunu komissiya üzvlərinin nəzərinə çatdırdı. MSK sədri, eyni zamanda, komissiyanın perspektiv planları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublika¬sında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planına uyğun olaraq aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində hər il olduğu kimi bu il də dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslar barədə komissiya üzvlərini bilgiləndirdi. İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.