.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarını yenidən formalaşdırmışdır

07.07.2011


İyulun 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılmışdır. Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə görə, dairə seçki komissiyaları Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilir. Hər bir dairə seçki komissiyasının 9 üzvü olur. Üzvlərdən 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 -nün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. Dairə seçki komissiyasının üzvləri MSK-nın qərarı ilə təyin edilir.
Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri, MSK-nın katibi Arifə Muxtarova namizədliyi heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri, digər katib Mikayıl Rəhimov isə deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvlər tərəfindən təqdim edilən namizədlər haqqında məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası həmin namizədlərin müvafiq dairə seçki komissiyalarının üzvləri təyin olunması barədə qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır