.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyası Katibliyinin əməkdaşları və DSK sədrləri Latviyaya gedir

22.06.2012

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və Latviya Respublikasının Mərkəzi Seçki Komissiyası ATƏT-in Bakı ofisi ilə birgə aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması ilə bağlı layihə həyata keçirir. Layihənin hazırkı mərhələsində Azərbaycan və Latviyanın aşağı seçki komissiyaları üzvlərin təcrübə mübadiləsi nəzərdə tutulur. Layihə çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin əməkdaşları və dairə seçki komissiyalarının sədrlərindən ibarət nümayəndə heyəti Latviyaya ezam olunacaq. 25-29 iyun 2012-ci il tarixində Riqaya gerçəkləşdiriləcək səfər zamanı Latviya Mərkəzi Seçki Komissiyası ilə bərabər Riqa şəhərində yerləşən yerli seçki komissiyaları, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı və Regional Administrativ Məhkəmədə görüşlər keçiriləcəkdir.

Latviyanın seçki komissiyalarını təmsil edən seçki rəsmilərindən ibarət nümayəndə heyətinin də təcrübə mübadiləsi üçün ölkəmizə səfər etməsi nəzərdə tutulub.