.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında görüş

01.02.2011




Fevralın 1-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri cənab Pedro Aqramunt Font de Mora və cənab Cozef Debono Qrex Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Mərkəzi Seçki Komissiyasının binasında keçirilən görüşdə 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər əsas müzakirə mövzusu olmuşdur. MSK sədri seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı seçki qurumlarının həyata keçirdiyi tədbirlər barədə hərtərəfli məlumat vermiş, seçicilərin aktiv seçki hüquqlarının reallaşdırılması üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırmışdır. Daha sonra nümayəndə heyəti ilə söhbət zamanı əsasən seçki kampaniyası dövründə namizədlərə yaradılmış bərabər təşviqat imkanları, şikayətlərə və müraciətlərə baxılması, namizədlərin qeydiyyatı, seçki günü ilə bağlı məsələlər haqqında danışılmışdır.
Görüşdə həmçinin MSK-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı və bunun sayəsində əldə olunan nailiyyətlər müzakirə edilmişdir.