.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının sədri Qazaxıstana səfər edəcək

04.02.2011

Mərkəzi Seçki Komissiyasının sədri Qazaxıstana səfər edəcək

[02.04.2011]
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 2 - 5-də Qazaxıstan Respublikasında səfərdə olacaqdır. Səfər Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri cənab Kuandık Turqankulovun dəvəti ilə gerçəkləşir. Nümayəndə heyəti aprelin 3-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcəklər. MSK–nın nümayəndələri Astana şəhərində müşahidə missiyasını həyata keçirəcəklər.
Səfər zamanı Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri ilə Qazaxıstan MSK sədrinin görüşü nəzərdə tutulub. Görüşdə iki ölkənin seçki qurumları arasında əməkdaşlıq, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq. İki ölkənin ali seçki qurumları arasında faydalı əməkdaşlığa əsaslanan əlaqələr mövcuddur.
Səfərdə MSK sədrini MSK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək.
Bundan əlavə, MSK təmsilçiləri Qazaxıstandakı sözügedən seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının tərkibində uzunmüddətli və qısamüddətli müşahidəçi kimi də izləyirlər.