.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

20.10.2003

Oktyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. 

Komissiyanın sədri 15 oktyabr 2003-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili və keçirilməsi sahəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülmüş işlər barədə məlumat verdikdən sonra Komissiyaya daxil olan müraciətlərə baxılmışdır. Müraciətlərdən bir qisminin gələn iclasda müzakirə olunması, digər qisminin isə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul olunmuşdur. 

Sonra Mərkəzi Seçki Komissiyası 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və səsvermənin nəticələrinin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyasının iclasında Avropa Şurası Baş Katibinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ABŞ, Böyük Britaniya, Türkiyə, Qazaxıstan səfirliklərinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayənədələri iştirak etmişlər.