.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabryn 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

03.10.2003

Oktyabryn 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti, 15 oktyabr 2003-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış cənab Heydər Əlirza oğlu Əliyevin namizədliyini geri götürməsi barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, cənab Heydər Əlirza oğlu Əliyev Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək namizədliyini geri götürdüyünü bildirmişdir. Komissiya cənab Heydər Əlirza oğlu Əliyevin müraciətini nəzərə almış və müvafiq qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış cənab Kərimli Əli Əmirhüseyn oğlunun namizədliyinin geri götürməsi haqqında məlumat vermişdir. Komissiya bu barədə də müvafiq qərar çıxarmışdır.

Sonra Komissiya sədrinin müavini Svetlana Qasımova 2003-cü il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar dairə və məntənqə seçki komissiyalarının rəhbərliyi üçün keçiriləcək növbəti zona seminar-müşavirələrinin gündəliyinin təsdiq edilməsi haqqında məlumat vermişdir. MSK üzvləri gündəliyin təsdiq edilməsi barədə qərar qəbul etmişlər.

İclasda Milli İstiqlal Partiyası tərəfindən vəkil təyin edilmiş 12 nəfərin qeydə alınması barədə məsələyə baxılmış və bu məsələnin müsbət həll olunması barədə qərar qəbul olunmuşdur. 

Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında məlumat verilmişdir. MSK həmin dairə komissiyalarının tərkibində müvafiq dəyişiklik edilməsi barədə qərarlar qəbul etmişdir.

Sonra gündəlikdəki digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar çıxarılmışdır.

Mərkəzi Seçki Komissiyasının İclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ, Fransa, Yaponiya səfirliklərinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.