.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

01.10.2003

Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının 12 avqust və 14 avqust iclaslarının protokolları təsdiq edildikdən sonra MSK katibi İnqilab Nəsirov Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Səmədov Abutalıb Qənbər oğlunun namizədliyini geri götürməsi barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Səmədov Abutalıb Qənbər oğlu Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək namizədliyini Əliyev İlham Heydər oğlunun xeyrinə geri götürdüyünü bildirmişdir. Komissiya onun müraciətini nəzərə almış və müvafiq qərar qəbul etmişdir.

Sonra 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çap edilməsi haqqında məlumat verilmişdir. Komissiya seçki bülletenlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbəəsində çap olunması barədə qərar qəbul etmişdir.

Komissiya bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında məsələni də müzakirə etmiş və həmin komissiyaların tərkibinldə müvafiq dəyişikliklər edilməsini qərara almışdır. 

İclasda MSK-ya daxil olmuş müraciətlərə də baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. 

İclasın sonunda cari məsələlər müzakirə edilmişdir.

Mərkəzi Seçki Komissiyasının İclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Milli Demokratiya İnstitutunun, ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.