.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Sentyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının İclası keçirilmişdir

02.09.2003

Sentyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının İclası keçirilmişdir.


İclasın gündəliyi Komissiya üzvləri tərəfindən bəyənildikdən sonra Mərkəzi Seçki Komissiyasının 21, 25 iyul və 1 avqust iclaslarının protokolları təsdiq olunmuşdur. 

Sonra Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Müasir Müsavat Partiyası tərəfindən vəkil təyin edilmiş 50 nəfərin qeydə alınması haqqında məlumat vermişdir. Komissiya məsələnin müsbət həlli barədə qərar çıxarmışdır.

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxaraq müvafiq qərar qəbul etmişdir.

Komissiyanın katibi Vidadi Mahmudov Prezidentliyə namizədliyi qeydə alınmış Hacıyev Hafiz Ələmdar oğlu tərəfindən Prezidentliyə namizədliyi qeydə alınmış digər namizədlərin şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydığına görə seçkiqabağı təşviqat dövründə efir vaxtından istifadə etmək hüququndan məhrum edilməsi ilə əlaqədar məhkəməyə müraciət olunması haqqında təklif vermişdir. Bu təklif komissiya üzvləri tərəfindən dəstəklənməmişdir. MSK Prezidentliyə namizəd Hacıyev Hafiz Ələmdar oğluna gələcəkdə Prezidentliyə namizədliyi qeydə alınmış digər şəxslərin ünvanına şərəf və ləyaqəti təhqir edən ifadələr işlətməməsi barədə xəbərdarlıq etmiş və məsələni ararşdırılmaq üçün Azərbaycan Respublikası Prokurorluğuna gönərmişdir.
Sonra Prezidentliyə namizədliyi qeydə alınmış Məmmədov Etibar Səlidar oğlunun və Kərimli Əli Əmirhüseyn oğlunun dövlət televiziyasında ayrılmış efir vaxtından 29 avqust 2003-cü il tarixdə istifadə edərkən ölkə Prezidentli Əliyev Heydər Əlirza oğlunun şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydıqlarına görə həmin namizədlər haqqında tədbir görülməsi barədə Yeni Azərbaycan Partiyasının müraciətinə baxılmışdır. Prezidentliyə namizədlikləri qeydə alınmış Məmmədov Etibar Səlidar oğluna və Kərimov Əli Əmirhüseyn oğluna gələcəkdə belə hallara yol verməmələri üçün xəbərdarlıq edilməsi və şikayət ərizəsindəki faktların araşdırılıb tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olan ərizə və şikayətlər müzakirə edilmişdir. Şikayətlərdən 3-ü araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərilmişdir.
Komissiya İclasın sonunda cari məsələləri müzakirə etmiş və müvafiq qərarlar çıxarmışdır.

İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.