.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında görüş

21.07.2010



İyulun 21-də Milli Demokratiya İnstitutunun (ABŞ) Avrasiya üzrə direktoru Laura Cuit və Azərbaycan üzrə direktoru Aleks Qriqoriyevs Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşlər. 

Mərkəzi Seçki Komissiyasının sədri Komissiyanın beynəlxalq qurumlarla əməkdaşlığından məmnunluğunu ifadə etmişdir. 

Laura Cuit təmsil etdiyi qurumun Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini, 1998-ci ildən isə MSK ilə əməkdaşlıq edtiyini xatırladaraq bundan qürur duyduqlarını bildirmişdir. 

O, qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə edərək MSK-nın seçkilərə hazırlıq istiqamətində həyata keçridiyi tədbirlərlə maraqlanmışdır. 

Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat vermiş və seçkilərin ölkənin seçki qanunverciliyinə uyğun, azad və ədalətli keçiriləcəyini bildirmişdir.

 Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Milli Demokratiya İnstitutu arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.