.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Avropa Şurasının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasinin sədri ilə görüşmüşlər

21.12.2009



Ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Nümayəndə heyətinin rəhbəri xanım Qaye Doğanoğlu bir daha Mərkəzi Seçki Komissiyasında olduğundan məmnunluğunu və səmimi qarşılanmaya görə təşəkkürünü bildirmişdir.
MSK-nın sədri rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusui önəm verdiyini bildirmiş və 1999-cu ildən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə başlanmış faydalı əməkdaşlığa söykənən əlaqələrdən məmnun olduğunu qeyd etmişdir. Səsvermə gününə bir neçə gün qaldığını xatırladan sədr bildirmişdir ki, seçki məntəqələri səsverməyə tam hazırdır. Seçicilərin maarifləndirlməsi ilə bağlı görülən işlər davam etdirlir. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış səsvermə prosedurları və səsverməyə çağırış məzmunlu videoçarxlar ölkə telekanallarının efirində mütəmadi olaraq yayımlanır. Səsvermənin yeri və vaxtı barədə bildirişlər hazırlanaraq seçicilərə çatdırılmışdır. Səsvermə günü ilə bağlı müxtəlif məzmunlu plakatlar hazrlanaraq əhalinin sıx olduğu yerlərdə asılmışdır. Bu günədək 50 mindən çox müşahidəçi qeydə alınmışdır. KİV nümayəndələrinin isə səsvermənin gedişini izləmələri üçün heç bir qeydiyyat tələb olunmur.
M. Pənahov seçki prosesinə hazırlıqla bağlı qonaqları maraqlandıran digər sualları da cavablandırmışdır.
Görüşdə Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.