.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası

19.12.2009

Dekabrın 19 -da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məsələyə baxılmış, 2 saylı Şərur, 58 saylı Hacıqabul – Kürdəmir, 69 saylı Cəlilabad – Masallı – Biləsuvar və 122 saylı Xankəndi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunmuşdur.


 İclasda 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmasına dair məsələ müzakirə edilmişdir.

Müraciətlərdən 3-ündə tələb aydın olmadığından, 2-si isə seçki qanunvericiliyinin tələblərinə uyğun verilmədiyindən həmin müraciətlərin geri qaytarılması barədə qərar çıxarılmışdır. Müraciətlərin 1-i təmin olunmuş, 1-i isə əsassız olduğundan təmin edilməmişdir. Bir müraciət isə araşdırıması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir.

MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.