.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası

08.12.2009

Dekabrın 8 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə seçkilərin yekunlarının müəyyən olunmasına dair məsələyə baxılmışdır.

MSK qərara almışdır ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyaları protokollarının tərtib edilməsi "Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokollarının tərtibinə dair Cədvəl”ə uyğun olaraq müəyyən olunsun. 

Sonra bələdiyyə seçkilərində "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” və "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin "exit poll” keçirmək üçün qeydə alınmaları barədə müraciətinə baxılmışdır.

Komissiya həmin qurumların qeydə alınması barədə qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyası 17 saylı Yasamal üçüncü, 20 saylı Nərimanov ikinci, 45 saylı Abşeron və 79 saylı İmişli seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT- in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.