.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




"Seçki günü üçün yaddaş" kitabçası çap olunmuşdur.

27.11.2009



Mərkəzi Seçki Komissiyasının (MSK) Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (IFES) məntəqə seçki komissiyalarının üzvləri üçün birgə hazırladığı "Seçki günü üçün yaddaş” kitabçası çap olunmuşdur.

Yaddaş kitabçasının girişində MSK-nın sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yerləşdirilmişdir. Müraciətdə məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələri xatırladılır.


"Seçki günü üçün yaddaş” kitabçasında məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunmuşdur.
Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.