.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Noyabrın 9-da Məzahir Pənahovun sədrliyi Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

09.11.2005


Noyabrın 9-da Məzahir Pənahovun sədrliyi Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. 


Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov 8 saylı Binəqədi birinci seçki dairəsinin nəticələrinə dair məsələylə bağlı məruzə etmiş və bu dairədə seçkilərin nəticələri ilə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 8 saylı Binəqədi birinci seçki dairəsinin 4, 5, 7, 9, 10, 13, 14, 18, 20, 21, 22 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.