.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

09.06.2010


İyunun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

Əvvəlcə sədr Komissiya üzvlərini Şaitdin Sərdar oğlu Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərarı ilə tanış etmişdir. 

Sonra MSK təşkilati məsələyə baxmış və Ş. S. Əliyevin Mərkəzi Seçki Komissiyası sədrinin müavini seçilməsi barədə qərar qəbul etmişdir. 

İclasda ATƏT-in Bakı ofisinin, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.