.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Noyabrın 8-də Məzahir Pənahovun sədrliyi Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

08.11.2005


Noyabrın 8-də Məzahir Pənahovun sədrliyi Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. 


Əvvəlcə Komissiyanın sədri 6 noyabr 2005-ci il Milli Məclisə seçkilərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və cənab Prezidentin 11 may və 25 oktyabr sərəncamlarının tələblərinə uyğun keçdiyini qeyd etmişdir. O, bildirmişdir ki, bir çox beynəlxalq müşahidəçilər də bəzi qüsurları qeyd etməklə yanaşı seçkilərin ümumilikdə qənaətbəxş səviyyədə keçdiyini vurğulamışlar. 

Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 31 saylı Suraxanı ikinci və 42 saylı Sumqayıt ikinci seçki dairələrinin nəticələrinə dair məsələylə bağlı məruzə etmiş və bu dariələrdə seçkilərin nəticələri ilə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 31 saylı Suraxanı ikinci seçki dairəsinin 8, 13, 17, 18, 20, 22, 23, 24, 25 və 28 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar çıxarmışdır. Həmçinin həmin seçki dairəsi üzrə müvafiq materialların aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi də qərara alınmışdır.

Mərkəzi Seçki Komissiyası 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız hesab edilməsi və həmin seçki dairəsi üzrə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında da qərar qəbul etmişdir. 

MSK üzvü Ramiz İbrahimov 9 saylı Binəqədi ikinci seçki dairəsində seçkilərin nəticələri və bu dairədə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi və həmin seçki dairəsi üzrə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini qərara almışdır. 

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.