.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası

01.11.2005

Noyabrın 20 –də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə MSK 11 saylı Qaradağ və 59 saylı Salyan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişklilər edilmişdir.
Sonra 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən birinin yenidən baxılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar çıxarılmış, digər müraciətlər isə əsassız olduğundan təmin edilməmişdir.

Komissiyanın sədri bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmasına dair son vəziyyət barədə məlumat verərək bildirmişdir ki, noyabrın 20-ə olan məlumata görə, 31 612 nəfərin namizədliyi qeydə alınmışdır.

Ölkə üzrə müşahidə aparmaq üçün 300-dən çox vətəndaş Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişdir. Dairə seçki komissiyaları tərəfindən isə 1600-ə yaxın müşahidəçi qeydə alınmışdır.

MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.