.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Noyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

01.11.2005


Noyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. 


Əvvəlcə Komissiyanın 29 sentyabr, 5, 8 və 11 oktyabr 2005-ci il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.

Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov "Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında müraciətlərə baxılması qaydalarına dair Təlimat"layihəsi barədə məlumat vermişdir. MSK həmin sənədin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.

Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 32/148 saylı, 5 oktyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin səsvermədə istifadə etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərin Siyahısı”na əlavələr olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyasının qərarı ilə həmin siyahıya sovet posportu və 9 nömrəli formada arayış da əlavə olunmuşdur.

Komissiya 3 saylı Babək- Kəngərli, 9 saylı Binəqədi ikinci, 58 saylı Hacıqabul – Kürdəmir, 114 saylı Şəki kənd birinci və 120 saylı Cəbaryıl - Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər haqqında qərarlar qəbul etmişdir. 

Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də müzakirəyə çıxarılmış, həmin müraciətlərdən biri araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına, biri Daxili İşlər Nazirliyinə, biri isə Bakı Şəhər Baş Polis İdarəsinə göndərilmişdir. 

İclasda carı məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, AŞ Venetsiya Komissiyasınlın ekspertləri və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.