.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

26.10.2005

Oktyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.


Əvvəlcə Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin 25 oktryabr 2005-ci il tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamının müstəsna əhəmiyyətindən danışaraq bu sənədin şəffaf və demokratik seçki keçirilməsi ilə bağlı görülən işlərin daha da intensivləşdirilməsi istiqamətində atılan mühüm addım olduğunu bildirmişdir. O, bununla bağlı Mərkəzi Seçki Komissiyasının təxirəsalınmaz addımlar atmalı olduğunu vurğulayaq Komissiyanın qarşışında duran vəzifələrdən danışmıdır. Komissiyanın digər üzvləri də MSK sədrinin söylədiklərinə şərik olduğuqlarını bildirmiş və Prezidentin sözügedən Sərəncamı imzalamasını mütərəqqi addım adlandırmışlar. 

Sonra MSK katibi Natiq Məmmədov Milli Məclisə seçkilərdə mürəkkəbdən 
istifadə edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə mürəkkəbdən istifadə olunamsına dair qərar qəbul etmişdir. 

MSK katibi Vidadi Mahmudov məntəqə və dairəљ seçki komissiyalarına təyin olunmuş məşvərətçi səs hüququlu üzvlərin vəsiqə nümunəsinin təsdiq edilməsi barədə məlumat vermişdir. Komissiya həmin sənədin nümunəsini təsdiq etmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılmışdır. MSK 31 saylı Suraxanı ikinci, 33 saylı Xətai birinci, 68 saylı Cəlilabad kənd və 78 saylı Lerik- Lənkəran seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair qərarlar çıxarmışdır.

MSK-ya daxil olmuş müraciətlər müzakirəyə çıxarılmış və müracitələrdən 2-si araşdırılmaq üçün Respublikanın Baş Prokurorluğuna göndərilmişdir.

İclasda cari məsələlərə də baxılmışdır. 

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.